" Xalq Sığorta" ASC SƏTƏMM üzrə mütəxəssis vakansiyasını elan edir.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
• Ali təhsil (Texniki və ya müvafiq sahə üzrə üstünlükdür);
• Dil bilikləri- Azərbaycan dili səlis, ingilis dili və rus dili arzuolunandır;
• SƏTƏMM sahəsində azı 1-3 il iş təcrübəsi;
• MC Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan Respublikasının əmək qanunvericiliyi, SƏTƏMM üzrə ISO standartları (məsələn, ISO 45001, ISO 14001) və yerli normativ hüquqi aktlar barədə dərin biliklər;
• Müvafiq sahə üzrə beynəlxalq və ya yerli sertifikatların olması üstünlükdür (NEBOSH, ISO və s.);
• Güclü kommunikasiya, təqdimat və təlim keçmə bacarıqları, analitik düşünmə qabiliyyəti və problem həll etmə bacarığı.
İş haqqında məlumat:
• Şirkət daxilində əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının təmin edilməsi;
• SƏTƏMM üzrə müvafiq təlimatların hazırlanması, yenilənməsi və əməkdaşlara təlimlərin keçirilməsi;
• İş yerlərində potensial risklərin qiymətləndirilməsi, aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
• Qanunvericiliyə və şirkət standartlarına uyğun olaraq mütəmadi yoxlamaların və auditlərin aparılması;
• Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə profilaktik tədbirlərin həyata keçirilməsi, baş verə biləcək hadisələrin araşdırılması;
• SƏTƏMM sahəsində dövlət qurumları ilə əlaqələrin tənzimlənməsi və hesabatların vaxtında təqdim olunması.
İş şərtləri:
• İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
• İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
• İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını
( SƏTƏMM üzrə mütəxəssis)
qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.