“İrşad” mağazalar şəbəkəsi Biləsuvar, Şərur, Naxçıvan, İmişli, Füzuli, Qazax və Sumqayıt mağazaların üzrə satış təmsilçisi vakansiyasını açıq elan edir.
Namizədlərə dair tələblər:
• Minimum yaş həddi 23;
• Satış sahəsi üzrə minimum 1 il satış təcrübəsi (mobil telefon və elektronika satışı üzrə təcrübəyə üstünlük verilir);
• Orta təhsil (Ali təhsil arzuolunandır);
• Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
• Müştərilərlə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• Təşəbbüskarlıq, məsuliyyətlilik və detallara diqqət;
• Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığı.
İş şərtləri:
• Əməkhaqqı: 400 AZN + bonuslar;
• Bonuslarla birlikdə 900–2000 AZN aralığında qazanc imkanı;
• Həftə ərzində 1 gün istirahət.
Biz təklif edirik:
• Stabil və uzunmüddətli iş imkanı;
• Karyerada inkişaf;
• Rəqabətli əmək haqqı;
• Şəffaf və peşəkar iş mühiti.
Müraciət qaydası:
CV faylınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz və CV-də çalışmaq istədiyiniz şəhərin adını qeyd etməyiniz xahiş olunur.