Vakansiya: Klinik psixoloq

Bakı Psixologiya Mərkəzi klinik psixoloq vəzifəsinə vakansiya elan edir.

Namizədə dair tələblər:

·  Psixologiya üzrə ali təhsil;

·  Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;

·  Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;

·  Onkoloji xəstələrlə psixoloji seans təcrübəsi olanlara üstünlük veriləcək.

 

Vəzifə öhdəlikləri:

·  Pasiyentlərlə fərdi seansların keçirilməsi;

·  Onlara emosional dəstəyin göstərilməsi;

·  Məxfilik və peşə etikası prinsiplərinə riayət olunması.

İş şəraiti:

·  İş qrafiki: Həftəiçi 5 gün, saat 10:00-17:00

 Ünvan : Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov pr. 63 

 

   Vakansiyaya müraciət üçün CV formanızı [email protected]  elektron poçt ünvanına 7-dək göndərməyiniz xahiş olunur.

E- mailin mövzu hissəsinə "Klinik psixoloq vakansiyası" qeyd edilməlidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.