Azərbaycan Supermarket MMC "İşə qəbul üzrə mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə Öhdəlikləri:
· Kadr ehtiyaclarını təmin etmək üçün mağaza rəhbərliyi ilə əməkdaşlıq
· Namizədlərlə müsahibələrin aparılması və mağazaları müəyyən olunmuş vaxtda keyfiyyətli işçi ilə təmin etmək
· Mağazaların yerləşdiyi məkanlara və vakansiya tələblərinə uyğun olaraq gündəlik böyük həcmdə CV və müraciətləri nəzərdən keçirmək və süzgəcdən keçirmək (filtrləmək).
· Təcili mağaza vakansiyaları üçün potensial namizədlərdən ibarət aktiv və yenilənən məlumat bazasını saxlamaq.
· Namizədlərin uyğunluğunu, yaşayış yerini, ilkin ünsiyyət bacarıqlarını və motivasiyasını qiymətləndirmək üçün gündəlik yüksək sayda ilkin telefon müsahibələri keçirmək.
· Kütləvi müsahibə sessiyaları ("açıq qapı" günləri və ya karyera yarmarkaları) təşkil etmək və idarə etmək.
· Namizədləri pərakəndə satış sahəsi üçün müəyyən olunmuş standart seçim meyarlarına əsasən qiymətləndirmək.
· Seçilmiş namizədlərlə Mağaza Müdirləri və ya Regional Müdirlər arasında yekun müsahibələrin qrafikini tənzimləmək (koordinasiya etmək).
· Namizədlərə vaxtında geri bildirim vermək, imtina və iş təklifi (offer) proseslərini idarə etmək.
· İşə qəbul prosesinin rəvan getməsini təmin etmək üçün seçilmiş namizədlərdən lazımi sənədlərin (şəxsiyyət vəsiqəsi, tibbi arayış, əmək kitabçası və s.) toplanmasında İR Əməliyyatları (HR Operations) komandasına köməklik göstərmək.
· Namizədlərin İzləmə Sistemini (ATS) və ya işəqəbul məlumat bazasını tam və mütəmadi olaraq yeniləmək.
· Gələcək işəqəbul ehtiyaclarını öncədən müəyyən etmək üçün mağaza rəhbərliyi ilə sıx əməkdaşlıq edərək mağaza səviyyəsində işçi axını (turnover) tendensiyalarını izləmək.
· Mağaza ştat cədvəlllərini gündəlik dəyişikliklərə uyğun yeniləmək.
Vəzifə tələbləri:
Təhsil: Bakalavr dərəcəsi (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya müvafiq sahə üzrə)
Təcrübə: İşəqəbul sahəsində 6 aydan 1 ilə qədər təcrübə; Pərakəndə satış (retail), FMCG üzrə təcrübəyə üstünlük verilir (Sürətli iş mühitində keçilmiş təcrübə proqramları da nəzərə alına bilər).
Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazılı və şifahi danışıq mütləqdir;İngilis dili və Rus dili biliyi azruolunandır.
Bacarıqlar:
· Yüksək ünsiyyət, insanlarla münasibət qurma və inandırma bacarıqları.
· Güclü zaman idarəçiliyi və sıx qrafik (deadline) altında, stresli mühitdə işləmək qabiliyyəti.
· Məlumatların izlənilməsi üçün MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı.
· Müxtəlif profilli namizədlərlə işləyərkən yüksək empatiya və pozitiv yanaşma nümayiş etdirmək
· MS office (Excel, PPT, Word, Outlook) bilikləri mütləqdir.
Maraqlanan namizədlər [email protected] email ünvanına “İşə qəbul üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.