Komandamıza yeni üzv axtarırıq — Təhsil və Təlim üzrə Koordinator!  

 

Təhsil və təlim proseslərinin koordinasiyasında rol almaq, dinamik mühitdə çalışmaq və peşəkar inkişaf imkanlarından yararlanmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

 

Vəzifə öhdəlikləri:

• Təlim proqramlarının hazırlanması və təşkilati proseslərin koordinasiya edilməsi;

• Yeni təlimçilərin axtarışı, qiymətləndirilməsi və təlim prosesinə cəlb olunması;

• Təlimçi namizədləri üçün demo-dərs, təqdimat, master-klass və workshopların təşkili;

• Müvafiq sahələr üzrə tanınmış mütəxəssislərlə əlaqələrin qurulması və tədbirlərin keçirilməsi;

• Təlim cədvəllərinin hazırlanması, dərs günləri və saatlarının təlimçilərlə razılaşdırılması;

• Təlimçilər, iştirakçılar və korporativ müştərilərlə gündəlik kommunikasiyanın aparılması;

• Təlim qruplarının formalaşdırılması, qeydiyyatın və iştirakçı məlumatlarının bazaya daxil edilməsi;

• İştirakçılara dərs cədvəli, ünvan, onlayn keçid və digər zəruri məlumatların təqdim olunması;

• Tədris materiallarının hazırlanmasına və vaxtında paylaşılmasına nəzarət edilməsi;

• Əyani və onlayn təlimlərin təşkilati və texniki təminatının həyata keçirilməsi;

• Davamiyyətin, imtahan nəticələrinin və iştirakçı rəylərinin qeydə alınması və ümumiləşdirilməsi;

• Sertifikatların hazırlanması, yoxlanılması və təqdim edilməsinin təşkili;

• Sosial media, telefon, elektron poçt və digər kanallardan daxil olan müraciətlərin operativ cavablandırılması;

• Korporativ təlim sifarişləri üzrə ilkin məlumatların toplanması və aidiyyəti əməkdaşlara ötürülməsi;

• Təlim proqramları, iştirakçılar, ödənişlər və nəticələr üzrə hesabatların hazırlanması;

• Təlim mərkəzinin gündəlik fəaliyyətindən irəli gələn digər təşkilati işlərin yerinə yetirilməsi.

 

Namizədə tələblər:

• Ali təhsil;

• Təlim, təhsil, layihələrin koordinasiyası, müştəri xidmətləri, satınalma, təchizat prosesləri və ya inzibati sahədə iş təcrübəsi arzuolunandır;

• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;

• İngilis dili və rus dili biliyi üstünlükdür;

• MS Office proqramlarında işləmək bacarığı;

• Güclü təşkilatçılıq və koordinasiya bacarığı;

• Eyni vaxtda bir neçə işi planlaşdırmaq və icra etmək bacarığı;

• Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;

• İnsanlarla düzgün və nəzakətli kommunikasiya qurmaq bacarığı;

• Komandada işləmək və yaranan məsələlərə operativ yanaşmaq bacarığı.

 

İş şəraiti:

• İş qrafiki: Tam ştat (09:00-18:00)

• İş yeri: Caspian Plaza

• Peşəkar və inkişafyönümlü iş mühiti;

• Təlim və təhsil sahəsində praktiki təcrübə qazanmaq imkanı;

• Müxtəlif təlimçilər, iştirakçılar və korporativ şirkətlərlə işləmək imkanı;

• Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.

 

Maraqlanan namizədlər CV-lərini, "Təhsil və Təlim üzrə Koordinator" başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.