“ Nur Collection” MMC
“İşə Qəbul üzrə Mütəxəssis” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma əsasında
İş şəraiti
• İş yeri: Ünvan: Abşeron rayonu Əliağa Vahid 1B
• 5 günlük iş həftəsi,
• Nahar fasiləsi: 13:00-14:00,
• Nahar müəssisə tərəfindən təmin edilir.
İş barədə məlumat
• İşə qəbul prosesini A-Z dək idarə etmək bacarığı (elan yerləşdirmə, CV-lərin filtrasiyası, müsahibələr, seçmə, təklif mərhələsi, testlərin hazırlanması,işə qəbul komissiyasının yaradılması və icrası).
• İşçi ehtiyacının planlanması və ştat cədvəlinin idarə olunması.
• Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
• Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
• İşə qəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
• Kadr bazasının hazırlanması və yenilənməsi;
• Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
• İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
• Sınaq müddəti təyin edilməsi və prosedur qaydalara uyğun izlənməsi;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək
Namizədə tələblər:
• Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resursları, Psixologiya və ya əlaqəli sahələr üzrə).
• HR üzrə əlavə kurslar və ya sertifikatlar (məsələn: SHRM, CIPD, və ya yerli HR təlimləri) üstünlükdür.
• MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər.
• Onlayn işə qəbul platformaları (LinkedIn, Jobsearch, Glassdoor və s.) ilə işləmək bacarığı.
• Əmək qanunvericiliyi və HR prosedurları haqqında biliklər.
• Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
• Azərbaycan dilini natiqlik səviyyədə bilməli, ingilis və rus dillərini bilmək arzuolunan;
• Müvafiq sahədə 3- 5 il iş təcrübəsi;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
• MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Namizədin şəxsi keyfiyyətləri:
• Ezamiyyə imkanları;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı
• Analitik düşüncə və problem həll etmə bacarığı.
• Məsuliyyətli və detallara diqqətli olmaq.
• Təşəbbüskar və çevik olmaq.
• Məlumatların konfidensiallığını qorumaq bacarığı.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İşə Qəbul üzrə Mütəxəssis” qeyd etməklə, [email protected] elekton ünvanına göndərə bilərlər.