“Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərkibində fəaliyyət göstərən “İqlim” Elmi İstehsalat Müəssisəsi MMC aşağıdakı struktur bölmələr üzrə təcrübəli və peşəkar mütəxəssisləri komandamıza dəvət edir:
- İstehsalın optimallaşdırılması şöbəsi:
1. Aparıcı Mütəxəssis
2. Mütəxəssis
3. Kiçik mütəxəssis
Namizədə tələblər:
Maşınqayırma texnologiyası, mexatronika və robototexnika və ya sənaye mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
CAD/CAM proqramları (SolidWorks, AutoCAD, Mastercam, NX) üzrə biliklər;
CNC proqramlaşdırılması üzrə biliklər;
Texnoloji proseslərin optimallaşdırılması, hidravlika və pnevmatika sahəsində təcrübə;
Robotlaşdırma və avtomatlaşdırma üzrə biliklər üstünlükdür;
Magistr təhsili və müvafiq sertifikatlar üstünlükdür.
İş Şəraiti:
Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi
Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)
Müraciət Qaydası:
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.