Vəzifə: Satış mütəxəssisi

Şirkət: IDSchool

Məkan: Afiyəddin Cəlilov küç., Park Azure 2-ci mərtəbə

Maaş: Sabit maaş + nəticəyə görə bonus (ortalama aylıq qazanc 1,000–2,500 AZN)

 

Haqqımızda:

IDSchool 8-16 yaş uşaqlara robototexnika, kivertəhlükəsizlik, proqramlaşdırma, süni intellekt və dron mühəndisliyi üzrə təlimlər keçən və onları beynəlxalq olimpiadalara hazırlayan təhsil mərkəzidir. Komandamızı genişləndiririk və nəticəyə fokuslanan satış mütəxəssisi axtarırıq.

 

Vəzifə öhdəlikləri:

Kurslarla maraqlanan tələbələrə və valideynlərə məsləhət vermək

Tələbənin maraq və səviyyəsinə uyğun proqramı seçməkdə kömək etmək

Qeydiyyat prosesini tamamlamaq və müraciətləri izləmək

Aylıq satış planını yerinə yetirmək

 

Tələblər:

Satış sahəsində təcrübə (təhsil sahəsində təcrübə üstünlükdür)

Azərbaycan dilində sərbəst danışmaq, rus dili məcburi deyil, amma üstünlükdür

Güclü ünsiyyət və inandırma bacarığı

Nəticəyə yönəlmək və məsuliyyət hissi

 

Təklif edirik:

Rəsmi əmək müqaviləsi

Nəticədən asılı yüksək qazanc imkanı

Təlimlər və peşəkar inkişaf

Dinamik komanda

Yarışlarla bağlı ölkədaxili və xarici ezamiyyətlər.

Müraciət: CV-nizi “Satış mütəxəssisi” mövzusu ilə [email protected]  ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.