III İnkişaf və Təcrübə Akademiyası (Region gəncləri üçün) 

 Əziz gənclər!

Gənclərin İnkişaf və Karyera Mərkəzi region gəncləri üçün "III İnkişaf və Təcrübə Akademiyası"-na qeydiyyatı açıq elan edir!

 

 Əgər vaxtınızı səmərəli dəyərləndirmək, real bir mühitində təcrübə qazanmaq və öz bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, bu proqram sizin üçündür!

 16-25 yaş arası gənclər üçün nəzərdə tutulan 2 aylıq təcrübə proqramında gənclər sahəsində iş və digər müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə edəcək, şəxsi və peşəkar inkişafınıza töhfə verərək təcrübə qazanacaqsınız.

 

Gənclərlə iş

 

 Tələblər:

       İlkin kompüter bilikləri;

       Komanda ilə işləmə bacarığı;

       Öyrənməyə açıq, ünsiyyətli və təşəbbüskar olmaq.

 

 Proqramda iştirak edən gənclər əldə edəcəklər:

      Qeyd olunan sahə üzrə təcrübə imkanı;                                                   

      Şəxsi inkişaf seminarları və təlimlərdə iştirak hüququ;                                     

      Real iş mühitində təcrübə;                                                       

      Ofis proqramları ilə işləmə təcrübəsi;                                                     

      Proqramı uğurla tamamlayanlara sertifikat təqdim ediləcək.                                 

 

Müraciət üçün son tarix: 19 fevral, 23:59

Qeyd: Təcrübə proqramı ödənişsizdir. Qeydiyyatdan keçmiş gənclər arasından uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Təcrübə proqramı Ağdam, Ağdaş, Ağstafa, Biləsuvar, Göyçay, Hacıqabul, İsmayıllı, Lənkəran, Masallı, Qazax, Qəbələ, Quba, Sabirabad, Samux, Sumqayıt, Xaçmaz və Zaqatala üzrə yaşayan gənclər üçün nəzərdə tutulub.

Bakı gəncləri üçün: Müraciət et

Region gəncləri üçün: Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.