Karyeranı satış sahəsində başla — Satış üzrə Təcrübəçi
Satış sahəsində real təcrübə qazanmaq istəyən, aktiv və inkişaf yönümlü namizədlər üçün xüsusi təcrübə proqramı!
Vəzifə öhdəlikləri:
• Müştəri ehtiyaclarını analiz edərək uyğun məhsul/xidmət təqdim etmək və aktiv satış (soyuq zənglər)
• CRM sistemində müştəri məlumatlarının qeydiyyatı və satış prosesinin izlənməsi
• Real satış mühitində korporativ ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdirmək
• Satış komandası ilə birgə görüşlərdə iştirak edərək praktiki təcrübə qazanmaq
Tələblər:
• Ünsiyyət bacarığı yüksək olan
• Aktiv, məsuliyyətli və öyrənməyə açıq
• Satış sahəsinə marağı olan (təcrübə olması üstünlükdür, amma şərt deyil)
• Sosial şəbəkələrlə işləmə bacarığı
• Hədəf yönümlü düşüncə
İş qrafiki:
• 5 iş günü
Təklif edirik:
• Satış nəticələrinə əsaslanan bonus sistemi
• Real satış təcrübəsi və mentor dəstəyi
• Özünü doğruldan namizədlər üçün işə qəbul imkanı
• İnkişaf yönümlü və dinamik mühit
Qeyd: Tələbə və yeni məzun şəxslər də müraciət edə bilər. Uğurlu namizədə proqram sonunda iş imkanı yaradılacaq.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] e-mail vasitəsilə göndərə bilərlər.
Mövzu hissəsində: “Satış üzrə Təcrübəçi” qeyd olunmalıdır.