Vakansiya: IT Business Analyst (BA) üzrə Mentor
SecOps Academy — Azərbaycanın yeni nəsil IT və Kibertəhlükəsizlik Akademiyası olaraq, gələcəyin peşəkar Business Analyst mütəxəssislərini yetişdirmək məqsədilə komandasını genişləndirir.
Əgər Business Analysis sahəsində praktik təcrübəyə maliksinizsə və biliklərinizi yeni nəsillə bölüşmək istəyirsinizsə, bu vakansiya sizin üçündür.
Əsas tələblər:
• Business Analysis sahəsində praktik təcrübə
• Requirement Gathering və Documentation bacarığı
• UML, BPMN, User Flow və Process Mapping anlayışı
• Jira, Trello, Confluence və oxşar alətlərlə iş bacarığı
• Agile / Scrum metodologiyaları üzrə bilik
• Analitik düşüncə və problem həll etmə bacarığı
• Effektiv təqdimat və kommunikasiya bacarığı
• Tədris və mentorluq prosesinə həvəs
Əsas vəzifələr:
• Praktiki BA dərslərinin keçirilməsi
• Requirement Analysis və Business Process izahı
• Workshop və tapşırıqların təşkili
• Tələbələrin texniki və analitik inkişafına dəstək
Üstünlük verilir:
• Tədris və mentorluq təcrübəsi
• Middle/Senior Business Analyst təcrübəsi
• Real layihələrdə iştirak təcrübəsi
Müraciət üçün: CV-nizi [email protected] ünvanına göndərin.
Gələcəyin peşəkar Business Analyst-lərini birlikdə yetişdirək