“Dekada İdeyaton” müsabiqəsi

 

“Regional İnkişaf” İctimai Birliyi 10 illik fəaliyyəti çərçivəsində əldə etdiyi təcrübə və uğurlu layihələrə əsaslanaraq süni intellekt və innovasiya mövzularını əhatə edən “Dekada İdeyaton” müsabiqəsinə start verir.

 

İdeyatondan əvvəl universitetlərdə maarifləndirici təqdimatlar təşkil olunacaq.

 

İdeyatonda iştirak etmək istəyən gənclər qeydiyyatdan keçərək qısa ideya və ya problemə həll təklifi təqdim etməlidirlər. Müraciətlər əsasında seçilən iştirakçılar ideyatona dəvət ediləcək və növbəti mərhələdə onlayn müsahibədən keçəcəklər.

 

Seçilmiş iştirakçılar ideyaton zamanı komandalar şəklində çalışaraq süni intellekt, data analitika və innovasiya sahələrində real problemlər üçün yaradıcı və praktik həllər hazırlayacaqlar.

 

Müsabiqədə 18-29 yaşarası gənclər iştirak edə bilər.

 

Müraciət üçün son tarix: 31 may 2026-cı il

 

Qeydiyyatdan keçmək üçün link

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.