Receptionist | Mayak Klinik Psixologiya Mərkəzi

 

Bakı, Azərbaycan | Full-time

 

Mayak Kliniki Psixologiya Mərkəzi psixoloji sağlamlıq sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən və multidisiplinar yanaşmanı əsas tutan peşəkar psixoloji xidmət mərkəzidir. Hazırda komandamıza yüksək təşkilati bacarıqlara malik, məsuliyyətli və professional ünsiyyət qurmağı bacaran Receptionist axtarırıq.

 

İş qrafiki

Vakansiya 2 növbəli iş rejimi üçün nəzərdə tutulmuşdur:

 

• 1-ci növbə

Bazar ertəsi – Cümə

10:00 – 18:00

 

• 2-ci növbə

Bazar ertəsi – Cümə

18:00 – 21:00

və həftə sonu müəyyən saatlarda növbəli iş rejimi

 

Əsas vəzifə öhdəlikləri

• Psixoterapevtlərin seans cədvəllərinin hazırlanması və koordinasiyası

• Pasiyent qeydiyyatı və seans planlamasının idarə olunması

• Telefon zənglərinin və sosial media müraciətlərinin operativ cavablandırılması

• Mərkəzə müraciət edən şəxslərin professional şəkildə qarşılanması və yönləndirilməsi

• Psixoterapevtlər arasında gündəlik koordinasiyanın təmin olunması

• Təlim və seminarların təşkilati proseslərində iştirak

• Vebsayta məqalələrin yerləşdirilməsi və məzmun nəzarətinin həyata keçirilməsi

• Yazılı məzmunlarda orfoqrafik və texniki düzgünlüyün yoxlanılması

• Ofis ehtiyaclarının müəyyənləşdirilməsi və təmin olunmasının koordinasiyası

• Mühasibatlıq və sənədləşmə proseslərində inzibati dəstəyin göstərilməsi

• Sənəd dövriyyəsinin və gündəlik administrativ proseslərin idarə olunması

 

Namizədə dair tələblər

• Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı

• Rus və ingilis dillərini bilməsi arzu olunandır

• MS Office və əsas rəqəmsal platformalarda işləmə bacarığı

• Güclü təşkilatçılıq və koordinasiya bacarığı

• Multitasking və operativ işləmə qabiliyyəti

• Dəqiqlik, məsuliyyət və yüksək iş etikası

• Gülərüz, professional və təqdimat bacarığı yüksək olmaq

• Verilən tapşırıqlara yüksək motivasiya və həvəslə yanaşmaq

• Komanda ilə effektiv əməkdaşlıq bacarığı

 

Üstünlük veriləcək

• Reception, administrator və ya müştəri xidməti sahəsində iş təcrübəsi olan namizədlərə

• Psixoloji xidmət və ya sağlamlıq sektorunda təcrübəsi olan şəxslərə

Biz nə təklif edirik?

• Professional və inkişaf yönümlü iş mühiti

• Psixoloji sağlamlıq sahəsində inkişaf və öyrənmə imkanı

• Beynəlxalq standartlara uyğun fəaliyyət göstərən komandada çalışma fürsəti

• Dinamik və peşəkar kollektiv

 

Müraciət üçün CV-nizi aşağıdakı email ünvanına göndərməyiniz xahiş olunur:

 

 [email protected]

 Bakı şəhəri, Xəqani Rüstəmov 8, AQP İnşaat, mənzil 16

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.