"Kaspi Liseyi" Humanitar fənnlər (Tarix-coğrafiya) üzrə Fənn rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
Müvafiq ali təhsil və 5 ildən az olmayaraq pedaqoji staja malik olmalıdır.
Təşkilati və Analitik bacarıqlar.
MS-ofis proqramlarından istifadə bacarığı
Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
Fənn üzrə müəllimlərin fəaliyyətinin ölçülməsi və qiymətləndirilməsini aparmaq, tədris prosesində müəllimlərin çətinliyini öyrənmək, onları analiz etmək və aradan qaldırmaq, müəllimlərin peşəkar inkişafına dəstək vermək.
Şagirdlərin akademik fəaliyyəti və fəaliyyət nəticələri ilə maraqlanmaq, analiz etmək və bu nəticələrin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq işlər görmək.
Mərkəzləşdirilmiş yekun imtahanlara (DİM, SAT, İELTS, PİSA və s.) hazırlığın planlaşdırılmasında iştirak etmək və hazırlıq prosesini təqib etmək.
Dərslər, dərsdən əlavə fəaliyyətlər (fənn gecələri, tədrisə dəstək verən ekskursiyaların təşkili və s.) üçün tələblərin işlənib hazırlanmasını təmin etmək.
Həm eyni fənn üzrə, həm də müvafiq fənn bloku daxilindəki digər fənn müəllimlərinin dərslərini izləmək.
Gənc müəllimlərin inkişafını təmin etmək üçün metodiki fəaliyyəti planlaşdırmaq və icrasına nəzarət etmək.
Tapşırılan digər müvafiq işləri həyata keçirmək.
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
İşə müraciət formasını doldurmaqla və ya [email protected] göndərməklə müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)
Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.