Tamstore MMC  “Xəzinə əməliyyatları üzrə mühasib” vakansiyası üzrə işə qəbul elan edir!

 

Əsas vəzifə öhdəlikləri:

·       Yerli köçürmələrin hazırlanması və həyata keçirilməsi; 

·       Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat proqramında əks etdirilməsi; 

·       Bank hesabları üzrə qalıqların və dövriyyələrin gündəlik nəzarətdə saxlanılması; 

· E-gov.az, E-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icra edilməsi; 

·       Maliyyə sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılmasını təmin etmək; 

·       Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. 

 

Tələb olunan bilik və bacarıqlar:

·       Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

·      Mühasibat uçotu proqramları ilə işləmək bacarığı;

·       Analitik düşünmə və detallara diqqətlilik;

·       Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·       Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;

·       Bank əməliyyatları və ya mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi.

 

 

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına korporativ nömrə.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Xəzinə əməliyyatları üzrə mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.