Kassir vakansiyası (Bərdə)

 

Vəzifə haqqında

Kassir filialda müştərilər tərəfindən həyata keçirilən ödənişlərin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsini və kassada aparılan əməliyyatların düzgün şəkildə icra olunmasını təmin edir.

 

Əsas vəzifə və öhdəliklər

Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək;

Qəbul edilən pul vəsaitlərini yoxlamaq;

Ödənişlərin düzgünlüyünü və müvafiq sənədləri yoxlamaq;

Kassada tələb olunan qaydalara uyğun əməliyyatları həyata keçirmək;

Aparılan kassa əməliyyatlarının düzgün və dəqiq icrasını təmin etmək;

Müştərilərə ödənişlərlə bağlı zəruri məlumatları təqdim etmək;

Kassa intizamına və şirkətin daxili qaydalarına riayət etmək;

Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

Kassir və ya müvafiq sahədə iş təcrübəsi arzuolunandır;

Pul vəsaitləri ilə işləmək bacarığı;

Diqqətli və məsuliyyətli olmaq;

Dəqiqlik və hesablama bacarığı;

Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;

Komandada işləmək bacarığı;

Kassa əməliyyatları və sənədləşmə ilə işləməyə həvəsli olmaq;

MS Office proqramlarında işləmək bacarığı üstünlükdür.

 

Online müraciət edə və ya şəkilli CV-lərinizi 099 204 07 18 nömrəsinə göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.