Əməliyyatçı vakansiyası (Bərdə)

 

Vəzifə haqqında

Əməliyyatçı filialda müştəri əməliyyatlarının düzgün və operativ şəkildə həyata keçirilməsini, sənədlərin hazırlanmasını və sistemə daxil edilməsini təmin edir.

 

Əsas vəzifə və öhdəliklər

Müvafiq sənədləri hazırlamaq, yoxlamaq və sistemə daxil etmək;

Müştəri əməliyyatlarını həyata keçirmək və prosesə nəzarət etmək;

Əməliyyatların şirkətin müəyyən etdiyi qayda və prosedurlara uyğun icrasını təmin etmək;

Əməliyyat prosesində yaranan problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;

Müştərilərə əməliyyatlarla bağlı zəruri məlumatları təqdim etmək;

Əməliyyat sənədlərinin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin etmək;

Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

Ali və ya orta ixtisas təhsili;

Əməliyyat, müştəri xidməti və ya müvafiq sahədə iş təcrübəsi arzuolunandır;

Sənədlərlə işləmək və məlumatları sistemə düzgün daxil etmək bacarığı;

Diqqətli, məsuliyyətli və dəqiq olmaq;

Operativ qərarvermə və problem həll etmə bacarığı;

Müştərilərlə düzgün və nəzakətli ünsiyyət qurmaq bacarığı;

MS Office proqramlarında işləmək bacarığı;

Komandada işləmək bacarığı.

 

Online müraciət edə və ya şəkilli CV-lərinizi 099 204 07 18 nömrəsinə göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.