Satış Təmsilçisi (Mebel üzrə) – Bərdə
Vəzifə haqqında
Satış Təmsilçisi müştərilərin qarşılanması, mebel məhsulları haqqında ətraflı məlumatlandırılması və ehtiyaclarına uyğun məhsul seçimində dəstək göstərilməsinə cavabdehdir.
Əsas vəzifə və öhdəliklər
Müştəriləri qarşılamaq və onların ehtiyaclarını müəyyənləşdirmək;
Mebel məhsullarının xüsusiyyətləri, funksiyaları və üstünlükləri barədə müştərilərə ətraflı məlumat vermək;
Müştərilərə uyğun mebel seçimində peşəkar məsləhət və dəstək göstərmək;
Şirkətin məhsullarını və xidmətlərini peşəkar şəkildə təqdim etmək;
Satış prosesini şirkətin müəyyən etdiyi standartlara uyğun həyata keçirmək;
Müştəri məmnuniyyətinin təmin edilməsinə çalışmaq;
Satış hədəflərinin yerinə yetirilməsində aktiv iştirak etmək;
Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Mebel sahəsində təcrübənin olması üstünlükdür;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Müştəriyönümlü yanaşma;
Satış və inandırma bacarığı;
Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq;
Komandada işləmək bacarığı;
Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq.
Online müraciət edə və ya şəkilli CV-lərinizi 099 204 07 18 nömrəsinə göndərə bilərsiniz.