Azersun Holding şirkətlər qrupuna daxil olan AL Market MMC-də Kateqoriya üzrə mütəxəssis vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.

 

 Vəzifə öhdəlikləri:

 - Kateqoriya strategiyasına uyğun olaraq, müştəri yönümlü bir yanaşma ilə, trendlərə və müştəri gözləntilərinə uyğun olaraq çeşid haqqında qərar vermək üçün lazım olan məlumatları toplamaq;

 - Yeni təchizatçıları, məhsulları və rəqib tendensiyalarını təhlil etmək üçün müntəzəm olaraq bazar araşdırması aparmaq;

 - Satış performansının təhlilini nəzərdən keçirmək üçün kateqoriya əməliyyatları üzrə aylıq hesabatlar hazırlamaq;

 - Azərbaycan mətbəxini, evdə istehlakı araşdırmaq və daha yaxşı keyfiyyət standartlarını təşviq etmək üçün layihələr iştirakını təmin etmək;

 - Kateqoriya və mağazalar arasında əlaqəni dəstəkləmək;

 - Şirkətin gəlirlilik hədəfinə çatmaqdan məsul olduğu alt kateqoriyalar üzrə illik gəlirlilik hədəfinə uyğun olaraq tədbirlər görmək.

 

 Müraciət üçün zəhmət olmasa, CV-lərinizi e-mailin mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis – AL Market” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.