Təhlil və strateji planlaşdırma departamenti/Təhlil şöbəsi/mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır. 

 

Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:

 

Vəzifə öhdəlikləri:

- Əmək bazarının əsas göstəriciləri üzrə məlumatların mütəmadi olaraq toplanması və təhlil edilməsi;

- Əmək bazarı və məşğulluq sahəsində təhlillərin aparılması və aparılan təhlillər nəticəsində təkliflər hazırlanması;

- Əmək bazarının proqnozlaşdırılması məqsədilə sorğu anketlərinin hazırlanması və keçirilməsinin təşkil edilməsi;

- Hesabatlılıq işlərinin yerinə yetirilməsi;

- Agentliyin icraçısı olduğu qurumdaxili və qurumxarici strategiyaların effektiv icrası üçün Agentliyin struktur bölmələrindən aidiyyəti məlumatların toplanması, onları sistemləşdirmək, təhlil etmək və təkliflər hazırlanmasında iştirak edilməsi;

 

Vəzifənin tutulmasına dair tələblər:

-  Təhsil tələbi: Ali (iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə);

-  İş stajı: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;

-  Dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı səviyyədə), rus dili arzu olunandır;

-  Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), Datanın analizi üçün təhlil proqramlarından sərbəst istifadə.

 

 Tələb olunan bilik və bacarıqlar:

-  Tədqiqat və araşdırmalar etmə bacarığı,

-  Müxtəlif mənbələrdən dataları toplama, analiz etmə və təhlillər təqdim 

etmə bacarığı;

-  Analitik düşüncə;

- Kommunikasiya bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlərin Cv-lərini mövzu hissəsinə "Təhlil şöbəsi üzrə mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur. 

Müraciət üçün son tarix: 27.01.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.