AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Katib vakansiyası üzrə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri:
· Rəhbərlik iclaslarının cədvəlləşdirilməsi və koordinasiyası
· İclasdan əvvəl materialların hazırlanması və paylanması
· İclas zamanı qeyd aparılması və iclas protokolunun hazırlanması
· Qərarların və tapşırıqların sistemə daxil edilməsi və izlənməsi
· Rəhbərə daxil olan məktubların, sənədlərin qeydiyyatı və yönləndirilməsi
· Görüşlərin, qonaqların və rəsmi yazışmaların idarə edilməsi
· Telefon, elektron poçt və gündəlik iş axınının idarə olunması
· Məlumatların məxfi şəkildə saxlanılması
Namizədə tələblər:
· Orta və ya ali təhsil
· Minimum 1–2 il katiblik və ya ofis idarəçiliyi sahəsində iş təcrübəsi
· İngilis dili bilikləri orta səviyyədə, rus dili bilikləri arzuolunandır.
· MS Office proqramlarında sərbəst istifadə bacarığı
· Xırdalan, Masazır və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
· Outlook və Teams ilə işləmə bacarığı
· Sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı (SharePoint və s.)
· Typing (dəqiqədə 35 söz minimum)
· Məsuliyyətli, punktual və diqqətcil olmaq
· Sürətli qeydəalma və protokol yazmaq bacarığı
· İş yükünə adaptasiya olunmaq və stresə davamlılıq
Əmək şəraiti:
İş yeri: Xırdalan
İş rejimi: 6 günlük
Əmək haqqı: Bilik və təcrübəyə əsasən təyin olunacaqdır.
Müraciət üçün:
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] mail ünvanına göndərmələri xahiş olunur.