AzTelco Group MMC üçün "Xərclərə Nəzarət üzrə Mütəxəssis" axtarışındayıq!
İş yeri: Çinar Plaza, Bakı, Azərbaycan;
İş rejimi: Tam ştat (Ofisdə);
İş qrafiki: Həftənin 5 günü, saat 09:00 – 18:00.
Vəzifə Öhdəlikləri:
· Qrupa daxil olan bütün şirkətlərin xərclərini mərkəzləşdirilmiş şəkildə izləmək və konsolidasiya etmək;
· Büdcənin planlaşdırılması, icrası və nəzarəti prosesində iştirak etmək;
· Hər bir şirkət üzrə xərclərin strukturu, trendi və marjaları ilə bağlı mütəmadi təhlillər aparmaq;
· Planlaşdırılmış büdcədən kənara çıxmaların səbəblərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək;
· Şirkətlərarası müqayisəli xərclər təhlili (benchmarking) aparmaq;
· Qrup səviyyəsində xərclərin azaldılması və resursların effektiv istifadəsi üzrə strategiyalar təklif etmək;.
· ERP sistemində (1C ERP və s.) xərc məlumatlarının uyğunluğunu və düzgünlüyünü təmin etmək;
· Audit yoxlamalarına, daxili nəzarət prosedurlarına və risk qiymətləndirmələrinə dəstək göstərmək
Tələb Olunan Bilik və Bacarıqlar
· Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
· Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
· 1C Mühasibat proqramında iş təcrübəsi;
· Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
· Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
· Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
· Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;
· Azərbaycan və İngilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
· PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.
Biz sənə nə təklif edirik?
• İnnovativ və dəstəkləyici iş mühiti;
• Gənc və enerjili komanda ilə işləmək fürsəti;
• Öz ideyalarını reallaşdırmaq və dəyər qatmaq imkanı;
• Şirkət tərəfindən təmin olunan nahar;
• Korporativ nömrə.
• Könüllü tibbi siğorta.
Necə müraciət etməli?
Maraqlanan namizədlər CV-lərini “Xərclərə Nəzarət üzrə Mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.