Abşeron Logistika Mərkəzi "Kiçik daxili auditor" vakansiyası üzrə namizəd axtarışı edir.
ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi;
• Məlumatların toplanması, sənədləşdirilməsi və təhlilinin həyata keçirilməsi;
• Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının hazırlanmasında iştirak;
• Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərinin yoxlanılması;
• Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
• Audit sənədlərinin qorunub saxlanmasının təmini;
• Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqların həyata keçirilməsi.
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
• Ali təhsil (İqtisadiyyat, maliyyə, audit və s.);
• Maliyyə, mühasibatlıq və audit sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
• Beynəlxalq peşəkar sertifikatlara (ACCA MA, FA) malik olmaq;
• Dil bilikləri: Mükəmməl səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili;
• Komputer bilikləri: MS Office proqramlarında (Word, Excel, Outlook) yaxşı səviyyədə işləmə bacarığı
PEŞƏKARLIQ BACARIQLARI:
• Analitik düşünmə və analiz qabiliyyətinin olması;
• Öyrənmək, öyrətmək bacarıqları;
• Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
• İşgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə uyğunlaşmaq bacarığı.
Son tarix: 13 Fevral, 2026
Qeyd edilən tələblərə uyğun namizədlər CV formalarını "Kiçik daxili auditor" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.