TƏBİB-də təcrübə proqramından yararlanmaq şansı!
İnsan resursları departamenti üzrə ödənişsiz təcrübə proqramına qoşularaq siz yeni biliklər qazanacaq və peşəkar komandanın üzvü olaraq daira irəli addımlamaq imkanı əldə edəcəksiniz.
Öhdəliklər:
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Ümumi iş prosesinə dəstək
Tələblər:
- Komanda işi və əməkdaşlıq bacarıqları
- Güclü ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 16:00, 10:00-17:00
Müraciət etmə qaydası:
Hal-hazırda təhsil alan tələbələr və ya yeni məzunlardan aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
Mövzu sətrində “İR- təcrübəçi” qeyd edərək [email protected] ünvanına cv-nizi göndərə bilərsiniz .
Son müraciət tarixi - 15 yanvar, 2026-cı il.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.