Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis vakansiyası

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik.

İŞİN TƏSVİRİ:

  • Korporativ, KOS (SME) və Mikro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Kredit sifarişləri üzrə müştəri analizinin aparılması məqsədi ilə birbaşa biznes sahəsinə baxış keçirilməsi və yerində məlumatların əldə edilməsi;
  • Bankdaxili qayda və prasedurlara uyğun olaraq müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni satış metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyyə xarakterli məlumatlarla işləmək və bankın kredit məhsullarının satışıında birbaşa iştirak etmək;
  • Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının həyata keçirilməsində aktiv iştirak etmək;
  • Dövrü hesabatların hazırlanması və təhlili;
  • Mövcud və yeni yaradılmış bank məhsulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılmasında iştirak etmək;
  • Ümumi Bank üzrə formalaşmış kredit portfelinin cari vəziyyətinə nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə mütəxəssis/aparıcı/baş mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.