Senior Backend Developer vakansiyası

 

 

Rəqəmsal Bankçılıq strukturu

 

Vəzifə: Senior Backend Developer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi;
  • “Software Developer”, “Software Engineer” olaraq ən azı 2-3 il iş təcrübəsi;
  • “Agile Development” və “Extreme programming” metodologiyaları bilikləri;
  • Məlumat strukturu (Data structures), Algoritm yaradılması, SQL bilikləri;
  • Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) üzrə təcrübə;
  • Java, C#, PL/SQL, PHP, Javascript və s. proqramlaşdırma dili bilikləri;
  • SFDC framework, Apex, VisualForce bilikləri;
  • Git kod versiya vasitələrində bilik və təcrübə;
  • Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) bilikləri;
  • JIRA, MS Excel, Visio, PowerPoint bilikləri;
  • Yeni programlaşdırma dili və texnologiyalarını tez öyrənmək bacarığı.

İŞİN TƏSVİRİ:

  • Yeni tətbiq proqramları, modulların işlənib hazırlanmasında iştirak;
  • Kod yazmaq və təhlil etmək, prototiplər qurmaq, kodla bağlı problemləri (bottlenecks və s.) həll etmək;
  • Yeni tətbiq olunan proqramları test edib məlumat vermək;
  • Problemləri həll etmək və təkmilləşdirilməli sahələri müəyyən etmək üçün məlumatları, prosesləri və kodları tərtib etmək və təhlil etmək;
  • Yeni proqram tətbiqi ilə bağlı layihə qruplarında iştirak etmək;
  • Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərin hazırlanmasında iştirak etmək;
  • İT, İT təhlükəsizlik, parol siyasəti və beynəlxalq təhlükəsizlik təcrübələrinə uyğun olaraq fəaliyyət göstərmək
  • Mövcud kodun dəyişdirilməsini etmək.

 

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Senior Backend Developer qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.