İdeart komandası Korporativ satış meneceri axtarır!
Şirkətlərlə əlaqə qurmağı, yeni müştərilər tapmağı və danışıqları real sifarişə çevirməyi bacarırsınızsa, sizi komandamıza dəvət edirik.
İdeart reklam konstruksiyaları, işıqlı lövhələr, həcmli hərflər, sərgi stendləri, vitrin və məkan brendinqi üzrə istehsal və montaj xidmətləri göstərir.
Bu vəzifədə əsas işiniz:
• Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə qurmaq;
• Görüşlər keçirmək, müştərinin ehtiyacını öyrənmək;
• Dizayn və istehsalat komandası ilə birlikdə kommersiya təklifləri hazırlamaq;
• Təklifləri izləmək, danışıqlar aparmaq və sifarişləri yekunlaşdırmaq;
• Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq.
Kimləri axtarırıq?
B2B satış təcrübəsi olan, təşəbbüskar, sistemli işləyən və nəticəyə məsuliyyətlə yanaşan namizədləri. Reklam istehsalı, mətbəə, qablaşdırma, tikinti materialları və ya interyer sahəsində satış təcrübəsi üstünlükdür.
Təklifimiz: sabit əməkhaqqı + satış nəticələrinə bağlı bonus. Dizayn və texniki məsələlərdə komandamızın dəstəyi olacaq.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına “Korporativ satış meneceri” mövzusu ilə göndərə bilərlər.
CV ilə birlikdə özünüz cəlb etdiyiniz bir müştəri və əldə etdiyiniz satış nəticəsi barədə qısa məlumat göndərməyiniz arzuolunandır.