VAKANSİYA: SATIŞ TƏMSİLÇİSİ

 

Şirkətimiz Azərbaycanın müxtəlif regionları üzrə fəaliyyət göstərəcək, satış sahəsində təcrübəli və müvafiq müştəri bazasına malik Satış Təmsilçiləri axtarır.

 

 İş əraziləri və hədəf müştəri sektorları

1. Şimal zonası

Ərazi: Quba, Xaçmaz, Qusar

Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, aqroparklar və kənd təsərrüfatı müəssisələri.

 

2. Cənub zonası

Ərazi: Lənkəran, Astara, Masallı, Cəlilabad

Hədəf sektorlar: Kənd təsərrüfatı, balıqçılıq və ərzaq emalı müəssisələri.

 

3. Qərb zonası

Ərazi: Gəncə, Şəmkir, Tovuz, Qazax

Hədəf sektorlar: Meyvə-tərəvəz anbarları, süd zavodları, quşçuluq təsərrüfatları, aqrar müəssisələr, hotel və restoranlar.

 

4. Mərkəzi və Qarabağ zonası

Ərazi: Yevlax, Bərdə, Ağcabədi, Ağdam, Şirvan

Hədəf sektorlar: Logistika və istehsal müəssisələri, soyuducu anbar obyektləri, hotel və restoranlar.

 

Əsas vəzifələr:

Təyin olunmuş region üzrə yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;

Müəssisələrin rəhbərləri və qərarverici şəxslərlə işgüzar əlaqələrin qurulması;

Məhsul və xidmətlərin təqdim edilməsi, kommersiya təkliflərinin hazırlanması;

Müştərilərlə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi;

Satış planlarının yerinə yetirilməsi və müştəri münasibətlərinin inkişaf etdirilməsi;

Bazarın araşdırılması və yeni satış imkanlarının müəyyənləşdirilməsi.

 

Namizədə dair tələblər:

Satış sahəsində 1–3 il iş təcrübəsi;

Müvafiq region üzrə hədəf sektorlarında fəaliyyət göstərən müştəri bazasının və ya mövcud işgüzar əlaqələrin olması;

Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;

Yeni müştərilər cəlb etmək və uzunmüddətli əməkdaşlıq qurmaq bacarığı;

Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması;

Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

 

İş şəraiti:

Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;

İş qrafiki: Sərbəst;

Satış nəticələrinə uyğun bonus imkanları.

 

 Vacib qeyd

Namizədlər müraciət etdikləri region üzrə ayrıca qiymətləndiriləcəklər. Hər bir Satış Təmsilçisi yalnız seçdiyi və müraciət etdiyi ərazi üzrə fəaliyyət göstərəcək. Namizədin həmin regionda yaşaması və ya ərazini yaxşı tanıması, eləcə də orada müvafiq müştəri əlaqələrinə malik olması vacibdir. Bir region üzrə müraciət edən namizədin başqa regiona göndərilməsi nəzərdə tutulmur.

 

Müraciət qaydası

Maraqlanan namizədlər CV-lərini [email protected]  üzərindən göndərə bilərlər.

 

Müraciət zamanı mövzu hissəsinə çalışmaq istədiyiniz regionu və **"**Regionlar üzrə Satış Təmsilçisi vakansiyası" qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.