QafqazNet LLC Komandası “Korporativ Satış üzrə Mütəxəssis” vəzifəsi üzrə əməkdaş axtarır.

 

 Vəzifə öhdəlikləri:

·      Korporativ müştərilərə İT avadanlıqların (server, şəbəkə avadanlıqları, kompüter texnikası və s.) və İT xidmətlərin (outsourcing, texniki dəstək, şəbəkə həlləri, təhlükəsizlik və s.) satışı;

·      Mövcud korporativ müştəri portfelinin idarə edilməsi və genişləndirilməsi;

·      Yeni B2B müştərilərin cəlb edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;

·      Müştəri ehtiyaclarının təhlili, uyğun həllərin təklif edilməsi;

·      Soyuq zənglər və aktiv satış üzrə real praktiki təcrübə (vacibdir);

·      Təkliflərin hazırlanması, danışıqların aparılması və müqavilələrin bağlanması;

·      Satış planlarının yerinə yetirilməsi və mütəmadi hesabatların təqdim edilməsi;

·      Bazar və rəqib analizi, satış strategiyalarının formalaşdırılmasında iştirak.

 

 Tələblər:

·     Korporativ (B2B) satış sahəsində minimum 3–4 il real iş təcrübəsi;

·     İT avadanlıq və İT xidmətlərin satışı üzrə praktiki bilik və təcrübə;

·     Korporativ müştərilərlə danışıqlar aparmaq və etibarlı münasibətlər qurmaq bacarığı;

·  Texniki anlayış və İT terminologiyasını başa düşmək üstünlükdür;

·     Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;

·     Nəticəyönümlülük, məsuliyyət, operativ, cəld və təşəbbüskarlıq;

·     Azərbaycan dili – səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.

 

  İş yeri – Bakı şəh., Ziya Bünyadov 43 küç.

  İş günləri – həftənin 5 günü.

  İş qrafiki – 09:00 – 18:00.

 

 CV-lərinizi mövzu hissəsində “Korporativ Satış üzrə Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.