Abşeron Logistika Mərkəzi "Satış mütəxəssisi" vakansiyası üzrə namizəd axtarışı edir.

 

ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;

• Korportiv müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;

• Beynəlxalq və ölkədaxili satışların təşkili, müştərilərlə iş;

• Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;

• Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;

• Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;

 

 

NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:

• Ali təhsil;

• Müştərilərlə iş sahəsində minimum 1 illik iş təcrübəsi, (Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür)

• Dil bilikləri: Azərbaycan və rus dillərini əla bilməli, ingilis dili biliyi üstünlükdür;

• Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;

 

 

PEŞƏKARLIQ BACARIQLARI:

• Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;

• Müştərini dinləmək və inandırmaq bacarığı;

• Satış texnikalarını, satış bazarının təhlilini bilmək;

• Təqdimat bacarığı;

• Problem həll etmək qabiliyyətli,

• Gömrük sahəsindən məlumatlı olmaq;

• Liderlik qabiliyyəti və emosional intellekt;

• Idarə etmə bacarıqları,

• Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;

• Proseslərə biznes yanaşmasının olması;

• Proses idarəçiliyi bacarığı.

Son tarix: 8 Fevral, 2026

 

Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Satış mütəxəssisi" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.