Kredit Mütəxəssisi (Ağdaş, Göycay, Naxçıvan filialı üzrə)
ASEL KREDİT BOKT olaraq filiallarımız üçün Kredit Mütəxəssisi vəzifəsinə təcrübəli əməkdaşlar axtarırıq.
Namizədə tələblər:
• Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi;
• Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik;
• Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə;
• Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
• Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı;
• Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət;
• MS Office proqramlarından istifadə bacarığı;
Əsas vəzifə öhdəlikləri:
• Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması;
• Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi;
• Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili;
• Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
• Kredit portfelinin idarə olunması və monitorinqi;
• Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət;
• Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak.
Əlavə üstünlük:
• Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq;
• Həmin ərazidə müştəri bazasının olması;
• Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək.
İş şəraiti
• İş yerləri: Ağdaş, Göycay, Naxçıvan filialları
• İş qrafiki: 6 günlük
• Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.