Vəzifə: Baş koordinator (Xəstə xidmətləri)

 

Bakı Medical Plaza peşəkar komandasına qoşulmaq üçün xəstə xidmətlərinin təşkili və idarə edilməsi sahəsində təcrübəli, məsuliyyətli və təşəbbüskar namizədləri vakansiyaya müraciət etməyə dəvət edir.

 

Əsas vəzifə öhdəlikləri:

• Klinikanın xəstə xidmətləri üzrə strategiyasının hazırlanması və həyata keçirilməsinin təşkili;

• Xəstə məmnuniyyətinin artırılması məqsədilə xidmət proseslərinin təkmilləşdirilməsi;

• Xəstə xidmətləri əməkdaşlarının fəaliyyətinin təşkili və koordinasiyası;

• Xidmət standartlarının tətbiqinə və icrasına nəzarət edilməsi;

• Şöbənin gündəlik fəaliyyətinin səmərəli təşkili və iş bölgüsünün aparılması;

• Xəstələrdən daxil olan müraciət, şikayət və təkliflərin vaxtında araşdırılması və həllinin təmin edilməsi;

• Xəstə məmnuniyyətinin ölçülməsi, sorğuların təşkili və nəticələrin təhlili;

• Xəstələrə və onların yaxınlarına təqdim olunan xidmət keyfiyyətinin yüksəldilməsi;

• Xidmət proseslərinin optimallaşdırılması və yeni texnoloji həllərin tətbiqinin təşviqi;

• Müvafiq şöbələr arasında koordinasiyanın təmin edilməsi;

• Şöbənin fəaliyyətinə dair dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

• Marketinq və PR komandası ilə əməkdaşlıq edərək xəstə yönümlü tədbirlərin təşkili.

 

Namizədə dair tələblər

•Ali təhsil;

•Müvafiq sahə üzrə 1–2 il iş təcrübəsi;

•Xəstə xidmətləri, müştəri xidmətləri və ya xidmət sektorunda iş təcrübəsinə üstünlük verilir;

•Rus və ingilis dili bilikləri vacibdir;

•FONET proqramı üzrə biliklərə üstünlük verilir;

•MS Office proqramlarında sərbəst işləmək bacarığı;

•Proqram təminatları və iş proseslərinin idarə edilməsi üzrə biliklər;

•Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı;

•Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;

•Məsuliyyətli, təşəbbüskar və səbirli olmaq.

 

İş şəraiti:

•İş yeri: Bakı Medical Plaza – Mərkəz filialı;

•Struktur bölmə: İdarəetmə xidmətləri şöbəsi;

•Əməkhaqqı: 1 500 AZN;

•Əmək müqaviləsinin müddəti: 1 il;

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Baş koordinator (Xəstə xidmətləri)” qeyd etməklə [email protected]  müraciət etmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.