‘Road and Construction’ MMC
Vakansiya: Texniki ofis mühəndisi
Əsas vəzifə və öhdəliklər:
-Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək
-Layihədəki tikinti işlərinin smeta dəyərini hazırlamaq;
-Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
-Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
-Smetaların bazar qiymətləri ilə hesablanması;
-Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Namizədə dair tələblər:
-Ali təhsil (İnşaat üzrə);
-Tikinti sahəsində ümumi olaraq -5 ildən yuxarı iş təcrübəsi;
-İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
-MS Office (Word, Excel), -AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
-Yüksək səviyyədə analitik-riyazi biliklər;
-İnşaat norma və qaydalarını bilməlidir;
Ünvan: Bakı şəhəri, Sabah city.
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Texniki ofis mühəndisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.