Araz Supermarket MMC - də Xərclərə nəzarət üzrə Aparıcı  Analitik vakansiyası aktivdir. Aşağıda sizə tələb və öhdəlikləri təqdim edirəm. Vakansiya ilə bağlı müraciət etmək istəyənlər Xərclərə nəzarət üzrə Aparıcı Analitik adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Öhdəliklər 

  •  Şirkətin əməliyyat və inzibati xərclərinin mütəmadi monitorinqini həyata keçirmək;

 • Faktiki xərcləri büdcə və plan göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları analiz etmək;

 • Xərc artımlarının səbəblərini müəyyənləşdirmək və optimallaşdırma imkanlarını təhlil etmək;

 • Filiallar, departamentlər və xərc mərkəzləri üzrə xərclərin analizini aparmaq;

 • Aylıq, rüblük və illik xərc hesabatlarını hazırlamaq;

 • Xərc dinamikası və trend analizləri aparmaq;

 • Büdcələşdirmə və forecast proseslərinə analitik dəstək göstərmək;

 • Xərclərin effektivliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq;

 • Maliyyə, satınalma və digər aidiyyəti departamentlərlə koordinasiyalı işləmək;

 • Rəhbərlik üçün analitik təqdimatlar və idarəetmə hesabatları hazırlamaq. 

 

Tələblər

Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahədə ali təhsil;

 • Analitika, maliyyə nəzarəti, büdcələşdirmə və ya xərc analizi sahəsində iş təcrübəsi;

 • Retail/FMCG sektorunda təcrübə üstünlükdür;

 • Excel üzrə yüksək səviyyədə bilik;

 • Böyük həcmli məlumatlarla işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;

 • Maliyyə göstəricilərini analiz etmək və nəticələri biznes dilində təqdim etmək bacarığı;

 • Diqqətlilik, sistemlilik və güclü analitik düşüncə;

 • SAP ilə iş təcrübəsi üstünlükdür;

 • Power BI biliyi üstünlükdür. SAP bilikləri üstünlükdür

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.