“Laboratoriya üzrə mütəxəssis” vakansiyası 

 

Vəzifə öhdəlikləri:

• İstehsal olunan məhsulun fiziki - kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;

• Xammalın, yarımfabrikatların və hazır məmulatların keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarəti təmin etmək;

• Texnoloji prosesin düzgün aparmaq, resepturlara riayət etmək, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət etmək;

• Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;

• Sınaqların nəticələrini, düzgünlüyünü, obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;

• Laboratoriyada olan sınaq avadanlıqlarından, cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;

• Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;

• Xammallardan, köməkçi materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;

• Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq.

 

Tələblər:

• Ali təhsil (Kimya, Qida Mühəndisliyi, Kimya Mühəndisliyi);

• Laboratoriya sahəsi üzrə təcrübə arzuolunandır;

• Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;

• Dil bilikləri: Azərbaycan dili sərbəst;

• Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

• Ümumi və analitik kimyanın əsaslarını bilmək.

 

İş şəraiti:

• İş yeri: Xırdalan şəhəri;

• İş qrafiki: növbəli iş qrafiki (gecə, gündüz növbəsi);

• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Laboratoriya üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.