Sən də Qərbi Azərbaycanın qayıdış hüququnun beynəlxalq hüquqi əsaslarını öyrənmək, hüquqi simulyasiya və debat mühitində iştirak etmək istəyirsən?

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Qayıdış Hüququ: Hüquqi Simulyasiya və Debat Forumu” qrant layihəsi üzrə iştirakçılara müraciət prosesi açıq elan olunur.

 Layihənin əsas istiqamətləri:

1️ Beynəlxalq hüquq və dövlət öhdəlikləri

– Deportasiya olunmuş əhalinin geri qayıdış hüququ və beynəlxalq hüquq normaları

2️ Qərbi Azərbaycan İcmasının “Qayıdış Konsepsiyası”

– Repatriasiya, mülkiyyət hüquqları və hüquqi mexanizmlər

3️ Beynəlxalq təşkilatların rolu

– BMT, ATƏT və digər beynəlxalq qurumların monitorinq və reinteqrasiya mexanizmləri

 Əsas forumdan əvvəl iştirakçılar üçün hazırlıq təlimi nəzərdə tutulur.

 Tədbirin tarixi: 24–25 yanvar

Son qeydiyyat tarixi: 21 yanvar

 Müraciət üçün:

https://forms.gle/K5GoobWXGHk8ECFv7

 Hüquqi biliklərini praktik müstəvidə sınamaq və aktual mövzular ətrafında peşəkar müzakirələrə qoşulmaq istəyən gəncləri gözləyirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.