"Azərsilah" Müdafiə Sənayesi Holdinqi “İqlim EİM” komandasına Layihələrin Koordinasiyası və Beynəlxalq Əməkdaşlıq üzrə Mütəxəssis axtarır.

 

Əsas vəzifə öhdəlikləri:

Layihə rəhbərinin tapşırığına əsasən iş planlarının və icra qrafiklərinin hazırlanması, məlumatların mütəmadi yenilənməsi;

Tapşırıqların, son tarixlərin (deadline) və açıq məsələlərin uçotunun aparılması, yarana biləcək gecikmələr barədə rəhbərliyin vaxtında məlumatlandırılması;

Xarici tərəfdaşlarla işgüzar yazışmaların aparılması, məlumat və sənəd mübadiləsinin koordinasiyası;

Görüşlərin gündəliyinin və təqdimat materiallarının hazırlanması, görüşlərin protokollaşdırılması və qəbul edilən qərarların icrasına nəzarət;

Danışıqlar prosesinə hazırlıq və iştirak, təşkilati məsələlərin razılaşdırılması;

Müqavilə layihələrinə ilkin baxış, öhdəlik və müddətlərin sistemləşdirilməsi, hüquqi/maliyyə dəqiqləşdirmələri üçün aidiyyəti bölmələrlə koordinasiya;

Layihə çərçivəsində təlimlərin, işgüzar səfərlərin və xarici nümayəndə heyətlərinin ziyarətlərinin təşkili;

Texniki heyətdən toplanan məlumatlar əsasında status hesabatlarının və rəhbərlik üçün qısa arayışların hazırlanması;

Layihə sənədlərinin, yazışmaların və protokolların sistemli arxivləşdirilməsi.

** **

Namizədə olan tələblər:

Təhsil: Hüquq, beynəlxalq münasibətlər, idarəetmə və ya müvafiq sahə üzrə ali təhsil;

Təcrübə: Layihələrin koordinasiyası, beynəlxalq əməkdaşlıq və ya təşkilati işlər üzrə minimum 2 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; işgüzar yazışmalar və danışıqlar aparmaq üçün yüksək səviyyədə (C1) ingilis dili biliyi

Müqavilə və rəsmi sənədlərlə işləmək, əsas öhdəlik və müddətləri təhlil etmək bacarığı;

İşgüzar məktublar, protokollar, hesabatlar və təqdimatlar hazırlamaq təcrübəsi;

Yüksək təşkilatçılıq, detallara diqqət, vaxtın idarə edilməsi və məxfi məlumatlarla işləmək məsuliyyəti;

Yeni sahəni və texniki terminologiyanı sürətlə mənimsəmək bacarığı;

Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq.

 

İş yeri: Xəzər rayon, Buzovna qəsəbəsi (20 yanvar mst və Koroğlu mst istiqamətlərində servis var)

İş qrafiki: Tam iş günü

Əməkhaqqı: Müsahibə əsasında

 

Müraciət qaydası

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Layihələrin Koordinasiyası və Beynəlxalq Əməkdaşlıq üzrə Mütəxəssis” qeyd etməklə [email protected]  mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.