RAM Holding komandamıza məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyətinə malik Logistika üzrə assistent axtarırıq.
Namizədə dair tələblər:
•Logistika, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil
•Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə bilik
•MS Office, xüsusilə Excel üzrə biliklər
•Analitik düşüncə, məsuliyyətlilik və diqqətlilik
•Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
Əsas vəzifə öhdəlikləri:
•İstehsalçılarla yük və daşınma məlumatlarının dəqiqləşdirilməsi
•Daşıyıcılara qiymət sorğularının (RFP) göndərilməsi
•Daşıma müqavilələrinin hazırlanması
•Yük və daşınma sənədlərinin (Invoice, Packing List, CMR ) hazırlanması və yoxlanılması
•Daşınma prosesinin koordinasiyası və yüklərin izlənilməsi
•Ödəniş müraciətlərinin hazırlanması və ödənişlərə nəzarət.
İş şəraiti:
•İş qrafiki: 5 günlük, 08:30–17:30
•İş yeri: Port Baku Tower 2
•Nahar şirkət tərəfindən təmin olunur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Logistika üzrə assistent” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.