Vakansiya haqqında
Birbank-ın strateji fəaliyyətində mühüm rol oynayan Maliyyə dayanıqlığı risklərinin idarə edilməsi və requlyativ tədqiqatı şöbəsi üzrə təcrübəçi axtarırıq. Bu rol Bankın prudensial və regulyativ hesabatlarının hazırlanması, müvafiq dövlət qurumlarına dəqiq və vaxtında təqdim olunmasını əhatə edir. Bu vəzifədə Siz həm gündəlik hesabatların hazırlanmasında, həm də yeni regulyativ tələblərə uyğun proseslərin qurulmasında iştirak edəcəksiniz.
Tələblər
Maliyyə sahəsi üzrə ali təhsil (sonuncu kurs tələbələri və ya yeni məzunlara üstünlük verilir);
Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
CFA və ACCA sertifikatları üstünlükdür;
Məlumatların təhlilinə maraq və analitik düşüncə tərzi;
SQL biliyi və ya öyrənməyə maraq üstünlükdür;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
Yeni bilikləri tez mənimsəmək və inkişaf etməyə həvəsli olmaq.
Öhdəliklər
Azərbaycan Respublikasının Mərkəzi Bankına gündəlik və aylıq hesabatların hazırlanması;
Requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında təqdim edilməsi;
Maliyyə hesabatlarının keyfiyyətinə nəzarət: təqdim olunan məlumatların düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək, bütövlüyünü qorumaq üçün müvafiq nəzarət və prosedurlara riayət etmək;
Maliyyə proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Təklif olunanlar
Ekosistem səviyyəsində öyrənmə və peşəkar inkişaf imkanları;
Təcrübəli mütəxəssislərlə birgə işləmək və mentorluq dəstəyi almaq;
Real məhsul, layihə və iş proseslərində praktiki təcrübə qazanmaq;
Texniki bilikləri inkişaf etdirmək və müxtəlif sistemlərlə işləmək imkanı;
Milyonlarla müştərinin istifadə etdiyi həllərin inkişafında iştirak etmək;
Dəstəkləyici, açıqfikirli və dinamik komanda mühitində inkişaf etmək;
Peşəkar karyeraya başlamaq və gələcək inkişaf üçün güclü təcrübə bazası formalaşdırmaq.
Haqqımızda
Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.
Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.
Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.
Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.
Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.
Son müraciət tarixi: 25.08.2026