Satış Meneceri vakansiyası

 

JET Academy komandasında fəaliyyət göstərəcək, satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.

 

 Namizədə tələblər:

• Yaş: 22+

• Satış sahəsində 2 il + iş təcrübəsi;

• Təhsil və IT sektorunda satış təcrübəsi üstünlükdür;

• Rus dili biliyi: Yüksək səviyyədə olmalıdır;

• Güclü ünsiyyət və təqdimat bacarıqları;

• Müştərilərlə effektiv kommunikasiya qurmaq bacarığı;

• Satış hədəfləri ilə işləmə təcrübəsi;

• Etirazlarla işləmək və müştərini düzgün yönləndirmək bacarığı;

• Məsuliyyətli, təşəbbüskar və nəticə fokuslu olmaq.

 

 Əsas vəzifə öhdəlikləri:

• Tədris proqramları haqqında potensial tələbələrə ətraflı məlumat vermək;

• Daxil olan müraciətləri idarə etmək və tələbə konsultasiyalarını həyata keçirmək;

• Potensial tələbələrlə əlaqə yaradaraq qeydiyyat prosesini həyata keçirmək;

• Satış planlarının və aylıq hədəflərin icrasını təmin etmək;

• Mövcud və potensial tələbə bazası ilə davamlı əlaqə saxlamaq;

• Müştəri məmnuniyyətinin qorunması və satış prosesinin effektiv idarə olunması;

 

İş şəraiti:

• İş qrafiki: Həftədə 5 gün ( 09:30-18:30 )

• Maaş: 1000-1800 AZN (fix + bonus)

• İş yeri: Bakı şəhəri, Olimpiya küçəsi 6A

(Gənclik Mall yaxınlığı).

 

Müraciət qaydası:

Əgər öz namizədliyinizi bu vakansiya üçün uyğun hesab edirsinizsə, zəhmət olmasa CV-nizi və əlavə məlumatları [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.