Sosial medianı sadəcə istifadə etmir, onun necə işlədiyini də anlamağa çalışırsan?
Bir brendə baxanda “burada nəyi fərqli etmək olar?” deyə düşünür, kontent ideyaları tapmağı, araşdırmağı və nəticələri analiz etməyi sevirsənsə, Bleyz Media-da özünü sınamağın vaxtıdır.
Səndən gözlədiklərimiz:
Müştərilərin sosial media hesablarının gündəlik idarə olunmasında iştirak etmək
Aylıq kontent planlarının hazırlanmasına dəstək olmaq
Post, Story və Reels üçün kreativ mövzular və ideyalar hazırlamaq
Reels Maker, dizayner və video editor üçün aydın brief-lər hazırlamaq
Kontentin hazırlanma prosesini izləmək
Paylaşımların düzgün və vaxtında yerləşdirilməsinə nəzarət etmək
Caption və sosial media mətnləri hazırlamaq
Instagram, TikTok və digər platformalardakı trendləri izləmək
Rəqib səhifələri və bazardakı kontenti araşdırmaq
Reach, engagement, views və digər əsas göstəriciləri izləmək
Nəticələri analiz etmək və yeni təkliflər vermək
Yeni ideyalar irəli sürmək və komandaya kreativ dəstək olmaq
Kimləri axtarırıq?
Bu vakansiya üçün əvvəlcədən iş təcrübəsinin olması tələb olunmur.
Bizim üçün daha vacib olan:
Kreativ düşüncə + araşdırma bacarığı + məsuliyyət + analitik yanaşma + öyrənmək istəyidir.
SMM, Rəqəmsal marketinq və ya əlaqəli sahə üzrə sertifikatının olması arzuolunandır.
Əgər sosial media sahəsində karyera qurmaq istəyirsənsə, amma hələ real iş təcrübən yoxdursa, bu imkan sənin üçündür.
Təcrübə proqramı haqqında
Əmək haqqı: Müsahibə zamanı bildiriləcək (bilik və bacarıqlara uyğun);
İş saatları: 09:00 - 18:00;
Nahar fasiləsi: 13:00 - 14:00;
İstirahət günləri: Şənbə və bazar;
Marketinq sahəsində peşəkar komandada real layihələr üzərində təcrübə qazanmaq imkanı;
Uğurlu təcrübə müddətindən sonra komandada daimi işə götürülmə şansı;
Şirkət tərəfindən təmin olunan nahar;
Korporativ nömrə və danışıq limiti.
Təcrübə müddətində real brendlərlə işləmək
Praktiki SMM təcrübəsi qazanmaq
Kreativ və peşəkar komanda ilə işləmək
KPI-lar uğurla tamamlandığı halda Bleyz Media-da işlə təmin olunma imkanı
Yol xərclərinin qarşılanması
Nahar təminatı
Korporativ nömrə
Müraciət qaydası:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini (varsa portfolio/sertifikatlarla birlikdə) mövzu (subject) hissəsinə “SMM Intern” yazaraq [email protected] mail ünvanına göndərmələri xahiş olunur.