Vakansiya haqqında

Bir Bank namizədləri “İnsan Resurslarının İdarə Edilməsi Departamentindinin işə qəbul şöbəsində təcrübəçi” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər

Ali təhsil (İnsan Resursları sahəsi üzrə təhsil almış məzunlar və ya İnsan Resursları sahəsi üzrə təcrübə keçmiş namizədlər arzuolunandır);

MS Office proqramları üzrə işləmək qabiliyyəti;

Ünsiyyətqurma və səlis danışıq qabiliyyəti;

Səbirli, məsuliyyətli və intizamlı;

Yüksək motivasiyalı və öyrənməyə açıq.

Öhdəliklər

Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;

Ümumi iş prosesinə dəstək olunması və s.

Təklif olunanlar

İnkişaf imkanları

Dəstəkləyici mühit

Haqqımızda

Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.

Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.

Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.

Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.

Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.

Son müraciət tarixi: 21.08.2026

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.