Robototexnika müəllimi vakansiyası
Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Modern Uşaq Akademiyası komandamıza Robototexnika müəllimi axtarır.
Əsas vəzifələr:
• Məktəbəqədər yaş qrupları üçün robototexnika dərslərinin hazırlanması və keçirilməsi
• Dərslərin uşaqların yaş xüsusiyyətlərinə uyğun, oyun və praktiki fəaliyyətlər əsasında təşkil edilməsi
• Sadə robototexnika, konstruksiya və texnologiya fəaliyyətləri vasitəsilə uşaqların ilkin texniki bacarıqlarının inkişaf etdirilməsi
• Məntiqi düşünmə, problem həll etmə, yaradıcılıq və motor bacarıqlarının dəstəklənməsi
• Uşaqların fərdi və komanda şəklində kiçik layihələr hazırlamağa həvəsləndirilməsi
• Təhlükəsiz, pozitiv və uşaqların marağını qoruyan öyrənmə mühitinin yaradılması
• Müasir və interaktiv tədris metodlarının dərslərə inteqrasiyası
Namizədə tələblər:
• Robototexnika, STEAM, proqramlaşdırma, mühəndislik, kompüter elmləri və ya əlaqəli istiqamət üzrə bilik və təcrübə
• Məktəbəqədər yaşlı uşaqlarla işləmək bacarığı və onlarla ünsiyyət qurmağa həvəs
• Mürəkkəb texnoloji anlayışları uşaqlar üçün sadə və maraqlı formada təqdim etmək bacarığı
• Yaradıcı, səbirli, məsuliyyətli və təşəbbüskar yanaşma
• İnteraktiv və oyun əsaslı tədris metodlarından istifadə bacarığı
• Rus və ingilis dili biliyi mütləqdir