MARKETİNQ ŞÖBƏSİNİN MÜDİRİ Vakansiyası

Vəzifə təlimatları

•        Gündəlik xərclərin 1C proqramına uyğun xərc maddələri üzrə daxil etməlidir;

•        Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-materialların mədaxili və məxaricini şirkətin daxili prosedurlarına uyğun  olaraq sənədləşdirməli və 1C proqramında əks etdirməlidir;

•        Aparılmış inventarizasiya nəticələrini sənədləşdirməli və 1C proqramına daxil etməlidir;

•        Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasını təmin etməli, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmələrin 1C Mühasibat proqramında əks etdirilməsini təmin etməlidir;

•        1 C Mühasibat proqramında əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasına nəzarət etməli, hesabat ili bitəndə isə həmin məlumatların analitik və köməkçi (Excel) cədvəlində olan illik rəqəmlərə uyğunluğuna nəzarət etməlidir;

•        Şirkətin mövcüd olan qaydalara əsasən gün bitdikdən sonra maddi-məsul şəxslərdən əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, materialların və azqiymətli və tezköhnələn əşyaların hərəkəti (mədaxili, satışı, silinməsi, yerdəyişməsi və s.) barədə hesabatları tələb etməli və onlar əsasında 1C  Mühasibat proqramında müvafiq müxabirləşmələri daxil etməlidir;

•        Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-materialların və pul vəsaitlərin inventarizasiyası prosesində fəal iştirak etməlidir;

•        1C mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrü bağlamalıdır;

•        Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin (ƏDV, Mənfəət, Vahid muzdlu, Əmlak, Ödəmə mənbəyindən tutulan vergi və sair vergi üzrə hesabatları) hazırlanmasını və aidiyyatı qurumlara göndərilməsini təmin etməlidir;

•        Hesabat dövrləri üzrə statistik hesabatlarının təqdim etməlidir;

Tələblər:

•        Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);

•        Yaş həddi 30-45 yaş;

•        Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

•        Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,

•        Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C proqramını yüksək səviyyədə bilməli;

•        Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi

Digər məlumatlar:

•        6 günlük iş həftəsi,

•        Nahar şirkət tərəfindən təmin edilir

•        Korporativ nömrə ilə təminat

•        Əmək haqqı 2000 AZN NET

•        Ünvan: Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21, döngə 9 "Camal" LTD şirkəti

•        Maraqlanan namizədlər öz CV-lərini HR@İCELAND.AZ elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.