Qida sahəsi üzrə elektro mexanik vakansiyası

 

Tələblər:

 

•        Sahə üzrə Ali təhsil 

•        Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;

•        Elektro-Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi

•        MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;

•        Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

•        Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı 

•        Problemlərə çevik yanaşma

•        Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;

Vəzifələri:

•        Dondurma istehsal edən avadanlıqların istismarını, yağlamasını və təmizlənməsini həyata keçirir.

•        Xətdə və digər avadanlıqlarda nasazlıq baş verərsə və nəticədə iş prosesi pozularsa, dərhal həmin nasazlığı aradan qaldırmaq üçün tədbirlər görür, bu mümkün olmadıqda İstehsalat rəhbərinə dərhal məlumat verir.

•        İstehsalat zəruriyyəti ilə əlaqədar lazimi hallarda zavod ərazisində və digər sexlərdə bacarıq səviyyəsinə uyğun işləri həyata keçiri.

•        Növbə ərzində elektrik avadanlıqlarının fasiləsiz və yüksək keyfiyyətli işini təşkil edir, bunun ücün onlara düzgün xidmət olunmasını həyata keçirir.

•        Növbə ərzində nəzarət-ölçü və avtomat cihazların göstəricilərini nəzarətdə saxlayır və onların düzgün işləməsini təmin edir.

•        Növbə ərzində qəzaların qarşısını almaq üçün elektrik mühərriklərinin artıq yüklənmədən və qısa qapanmadan mühafizə sisteminin ehtibarlığını həyata keçirir.

Digər məlumatlar:

•        Əmək haqqı 1500

•        6 günlük iş rejimi

•        Nahar şirkət tərəfindən təmin olunur;

•        İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

 

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)

 

E-mail:[email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.