Azersun Holding-ə daxil olan AL Market MMC komandasına “Memar” axtarılır!

 

Əsas vəzifə öhdəlikləri:

•        Yeni və yenilənən mağazaların təmir-tikinti işlərinin sahədə koordinasiyasını həyata keçirmək;

•        Ərazidə ölçü işlərinin aparılması, Memarlıq layihələri, çertyojlar və texniki planlar hazırlamaq və bunun əsasında işlərin icrasına nəzarət etmək;

•        Təmir-tikinti işlərinin təsdiq edilmiş layihə və AL Market standartlarına uyğun aparılmasını təmin etmək;

•        Usta və podratçıların işlərini koordinasiya etmək və iş bölgüsünü təşkil etmək;

•        Tikinti, elektrik, santexnika, havalandırma, döşəmə, tavan və digər işlərin koordinasiyasını təmin etmək;

•        Görülən işlərin keyfiyyətinə və işlərin müəyyən edilmiş qrafikə uyğun icrasına nəzarət etmək;

•        İstifadə olunan tikinti və təmir materiallarının layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;

•        Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyən etmək və həllini koordinasiya etmək;

•        Mağazaların açılış tarixinə uyğun olaraq təmir və hazırlıq işlərinin vaxtında tamamlanmasını təmin etmək;

•        Görülən işlər üzrə hesabatların hazırlanmasında və layihənin təhvil prosesində iştirak etmək.

 

Namizədə tələblər:

•        Memarlıq, inşaat və ya müvafiq texniki sahə üzrə bakalavr təhsil

•        Təmir-tikinti və ya mağaza layihələri üzrə iş təcrübəsi;

•        Komanda ilə işləmək və sahədə operativ qərar qəbul etmək bacarığı;

•        B kateqoriyalı sürücülük vəsiqəsi.

 

İş şəraiti

 İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00

 Nahar şirkət tərəfindən təmin olunur

 Sumqayıt şəhərindən servis xidməti

 İş yeri: Bakı

 Peşəkar inkişaf və karyera imkanları

 

Müraciət üçün:

CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu hissəsində “Memar” qeyd etməklə göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.