VAKANSİYA!
BYTELECOM MMC- Sosial Media Mütəxəssisi
Vəzifə öhdəlikləri:
• Kontent komandasının işini koordinasiya etmək.
• Sosial şəbəkələr üçün ideyalar və vizual konsepsiyalar hazırlamaq.
• Paylaşımlar, storilər və reklam materialları üçün mətnlər yazmaq.
• Qrafik dizayner üçün aydın texniki tapşırıqlar hazırlamaq.
• TikTok və Reels üçün ideyalar və ssenarilər təklif etmək.
• Saytdakı kontentin və vizualların aktuallığını izləmək.
Namizədə tələblər:
• SMM sahəsində ən azı 2 il iş təcrübəsi
• Sosial media platformalarını yaxşı bilməsi
• Kreativ düşüncə və yeni ideyalar təklif etmək bacarığı
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət (Rus dili arzuolunandır).
• Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
• İşləri vaxtında və planlı şəkildə yerinə yetirmək
• Portfolio təqdim edə bilməsi üstünlükdür
İş şərtlərimiz:
• Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
• İş vaxtı: 09:00-18:00
• İstirahət günləri: Şənbə və Bazar günü.
• Ünvan: Dəmirçi plaza
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Maraqlanan namizədlər öz CV-lərini Mövzu hisssəsində “Sosial Media Mütəxəssisi” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.