ERP-İntel MMC Middle PHP Developer vəzifəsi üzrə namizəd axtarır.
Vəzifə öhdəlikləri:
· Yeni proqram təminatlarının və ERP modullarının layihələndirilməsi və işlənilməsi
· Mövcud sistemlərdə və veb-resurslarda funksional əlavələrin, optimizasiyaların aparılması
· Verilənlər bazası strukturunun optimallaşdırılması və performansın artırılması
· REST API-ların tərtibi və üçüncü tərəf xidmətlərinin (inteqrasiyaların) sistemə qoşulması
· Kod keyfiyyətinin təmin edilməsi və texniki tapşırıqların vaxtında icrası
Tələblər:
· Minimum 2 il PHP proqramlaşdırma dili və Laravel framework üzrə praktiki iş təcrübəsi
· MySQL və PostgreSQL üzrə dərin biliklər (mürəkkəb SQL sorğularının yazılması, optimizasiya və indeksləmə)
· Redis və Docker texnologiyaları ilə işləmək təcrübəsi
· Mürəkkəb biznes məntiqini (business logic) sürətli mənimsəmə və analiz etmə bacarığı
· ERP sistemlərinin və ya iri həcmli təşkilati proqram təminatlarının hazırlanması üzrə təcrübə
· Linux əməliyyat sistemi mühitində işləmək və server inzibatçılığı üzrə biliklər
· RESTful API arxitekturası üzrə dərin biliklər və Git versiya nəzarət sistemi ilə işləmək bacarığı
· Kodun oxunması, analizi (code review) və refaktorinq bacarığı
Üstünlüklər:
· Frontend texnologiyaları üzrə anlayış: JavaScript (ES6+), React
· Node.js üzrə bazis biliklər və NoSQL (MongoDB) verilənlər bazaları ilə iş təcrübəsi
Əmək şəraiti:
İş yeri: Park Azure
İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
Əmək haqqı: Müsahibə əsasında bilik və bacarığa təyin ediləcəkdir.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.