Global Management "Sistem Administratoru" vakansiyası elan edir:

 

İş barədə məlumat:

 Şirkətin server və şəbəkə infrastrukturunun idarə olunması və daim işlək vəziyyətdə saxlanılması;

 İT avadanlıqlarının (kompüter, printer, şəbəkə cihazları və s.) sazlanması və problemlərin aradan qaldırılması;

İstifadəçilərə texniki dəstəyin göstərilməsi (hardware/software);

Məlumatların ehtiyat nüsxələrinin (backup) mütəmadi aparılması və təhlükəsizliyinin təmin olunması;

Şəbəkə və sistemlərdə yaranan nasazlıqların vaxtında aradan qaldırılması;

İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunması.

İş yeri : Winter park plaza (ofisdən)

 

 Namizədə tələblər:

Ali təhsil (informasiya texnologiyaları və ya oxşar sahə üzrə üstünlük verilir);

Sistem administratoru və ya oxşar sahədə ən azı 2 il iş təcrübəsi;

Windows/Linux server sistemləri üzrə biliklər;

Şəbəkə texnologiyaları (LAN/WAN, TCP/IP, VPN və s.) haqqında biliklər;

Virtualizasiya (VMware, Hyper-V) ilə işləmək bacarığı üstünlükdür;

Komanda ilə işləmə bacarığı, məsuliyyət və operativlik.

Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – yaxşı səviyyədə, İngilis dili - arzuolunandır;

 

 Namizədlərdən “Sistem Administratoru” yazaraq CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.