Uşaqların və ailələrin rifahına yönəlmiş proqramların inkişafında rol almaq istəyirsiniz?

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Milli Proqram üzrə Məsləhətçi (National Programme Advisor) vəzifəsinə vakansiya elan edir.

 

 İş yeri: Bakı SOS Milli Ofisi, Nizami küçəsi 137

 İş rejimi: Part-time, Bazar ertəsi – Cümə, 09:00–13:00

 Təhsil: Sosial elmlər, psixologiya və/və ya pedaqogika sahəsində ali təhsil

 Təcrübə: Müvafiq sahədə minimum 1–2 il

 Dil biliyi: İngilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı

 Əmək haqqı: 700–800 AZN (vergilər daxil, yekun əmək haqqı müsahibə zamanı müəyyən ediləcək)

 Son müraciət tarixi: 30 sentyabr 2026

 

Vəzifənin əsas məqsədi Alternativ Qayğı proqramlarının planlaşdırılması, icrası, monitorinqi və inkişafına dəstək göstərmək, proqram komandalarına metodiki istiqamət vermək və SOS Uşaq Kəndlərinin keyfiyyət standartlarının tətbiqinə töhfə verməkdir.

 

 Uyğun namizədlər motivasiya məktubu və CV-lərini “National Programme Advisor” mövzu başlığı ilə [email protected]  ünvanına göndərə bilərlər.

 

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.